12px13px15px17px
Tarix:10/09/13

“Google”, “Microsoft”, “Facebook” və “Yahoo” məxfi məlumat sorğuları ilə mübarizə aparmağa cəhd edirlər

Amerikanın birinci səviyyəli internet şirkətləri federal qurumlardan istifadəçi məlumatları üzrə sorğular haqda daha   dolğun məlumat nəşr etməyə icazə tələb edirlər, çünki bu sorğular yalnız kölgədə qalan hüquq-mühafizə orqanlarının maraqlarına cavab verir, bütün çətinliklər isə internet şirkətlərinin üstünə düşür.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu tələbi “Google”, “Facebook”, “Microsoft” və “Yahoo” şirkətləri imzalayıblar. Bütün bu şirkətlər sorğular haqda təkcə ümumi məlumatların deyil, eyni zamanda sorğuların tipləri ilə bağlı məlumatları nəşr etməyə icazə istəyirlər.
"Biz əminik ki, cəmiyyətin haqqı var bilməyə kim və necə sorğular aparır.

Bu, demokratik əsasların gücləndirilməsinə səbəb olacaq və daha düzgün və balanslaşdırılmış şəkildə hökumət kəşfiyyat proqramlarına baxmağa imkan verəcək", - deyə “Facebook”un hüquqşünası Kolin Stretç bildirib.


Aynur Vəliyeva



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024