12px13px15px17px
Tarix:10/09/13

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.33 Mbit/s təşkil edir

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.33 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.20 Mbit/saniyə olub.
 
 
Bakı üzrə bu göstərici 10.68 Mbit/s, Sumqayıt üzrə isə 3.12 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il iyulun 1-dən iyulun 31-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 353958 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 3 pillə irəliləyərək 117-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (61.61 Mbit/s), Lüksemburq (47.06 Mbit/s) və Sinqapur (41.18 Mbit/s) qərarlaşıb.
 
Xaric olan trafikin orta sürəti 1.84 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 5 pillə irəliləyərək 119-cu yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 5.99 Mbit/s, Sumqayıt üzrə isə 0.77 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (48.70 Mbit/s), Andorra (35.81 Mbit/s) və Lüksemburq (35.18 Mbit/s) yer alıb.

Emil Hüseynov
 
 



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024