12px13px15px17px
Tarix:10/09/13

“BlackBerry” işçilərini ixtisar edir


Bu yaxınlarda satışa çıxarılan Kanadanın “BlackBerry” smartfonları istehsalçısı şirkətin ABŞ-da istehlak mallarının satışına görə məsul olan satış qrupunun əməkdaşlar ştatını azaldıb. İxtisarlar xərclərin azaldılmasına yönələn strukturun yenidən təşkili proqramının tərkib hissəsi çərçivəsində həyata keçirilir.  

Bir vaxtlar “BlackBerry” mobil qurğular bazarında aparıcı innovatorlardan biri hesab edilib, lakin son illər şirkət “Apple” və “Samsung” korporasiyaları tərəfindən rəqabətin güclənməsi səbəbindən satış həcminin kəskin azalması ilə üzləşib. 2012-ci ildə Kanada istehsalçısı 5 min işçini işdən azad etmək məcburiyyətində qalıb, ötən rübdə isə itkilər 84 milyon dollara çatıb.


Bu yaxınlarda ” BlackBerry” Direktorlar Şurasında strateji alternativ yolların axtarışı ilə məşğul olacaq xüsusi komitə yaradılıb. Bir müddət əvvəl şirkətin bütünlüklə və ya qismən satılacağı barədə məlumat verilib. Bununla bağlı qərarın cari ilin noyabrında qəbul ediləcəyi gözlənilir, - “DailyCommwww.dailycomm.ru” yazır. 





Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024