12px13px15px17px
Tarix:11/09/13

“Xbox Music” xidməti “iOS” və “Android” platformalarında əlçatandır

Microsoft korporasiyası "Android" və "iOS" platformaları ilə işləyən mobil qurğular üçün "Xbox Music" xidmətinin musiqi tətbiqini istifadəyə verib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sözügedən tətbiq "Xbox Music" xidmətinin kolleksiyasındakı musiqiləri axın rejimində (yəni qurğuda saxlama imkanı olmadan) səsləndirməyə imkan verir.

Xidmət abunə sistemi üzrə işləyir. Ay ərzində tətbiq vasitəsilə musiqilərə qulaq asmaq üçün 10 ABŞ dolları ödəmək lazımdır.

"Android" və "iOS" platformaları üçün tətbiq çıxarılmasından başqa  "Xbox Music" xidmətinin veb-versiyası təqdim edilib. Sayt üzərindən ödənişsiz musiqi dinləmək mümkündür. Lakin reklamlar olacaq.
"Xbox Music" xidməti 2012-ci ilin oktyabrından fəaliyyət göstərir. Onun kolleksiyasına 30 milyondan çox musiqi daxildir.

Emil Hüseynov
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024