12px13px15px17px
Tarix:11/09/13

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

"Nar Mobile" abunəçilərini, "British Council" ilə birgə həyata keçirdiyi yeni "Mobil ingilis dili"  layihəsi ilə sevindirir. "Mobil ingilis dili" ingilis dilinin öyrənilməsini daha əyləncəli və asan edən bir layihədir.

 Layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanını yaradır. Bu xidmətə qoşulmaqla, istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda, cümlədə onların istifadə formasını alacaqlar. Səviyyənin sonunda əldə etdikləri nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcəklər.
 
Layihəyə qoşulmaq üçün ingilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün "E1", orta səviyyə üçün "M1" və ya  çətin səviyyə üçün "H1" yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin  haqqı ƏDV daxil 90 qəpikdir.
"Mobil ingilis dili" layihəsində istifadə olunan materiallar Çin, Qazaxıstan, Tailand, Sudan, Şri-Lanka, İndoneziya və bir sıra digər ölkələrdə müxtəlif mobil layihələrdə istifadə edilmiş materialların toplusudur. Bu proqram SMS vasitəsilə göndərilə bilən materialları, smartfonları və bir çox interneti dəstəkləyən telefonlar üçün proqramları simsiz ötürmə və digər texnologiyaları özündə cəmləşdirir.

RƏVAN



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024