12px13px15px17px
Tarix:11/09/13

Fransız nazirlərin smartfonlardan istifadəsi məhdudlaşdırılıb


Fransanın baş naziri Jan-Mark Eyronun katibliyi ölkə nazirlərinə məxfi informasiyanın ötürülməsi zamanı smartfonlardan istifadəni qadağan edib. Cari ilin avqustunda kabinet üzvlərinə verilən göstərişdə qeyd edilir ki, əvvəlki aylarda Fransada və dünyada rabitə sistemlərindən məxfi məlumatların ələ keçirilməsinə yönələn bir sıra elektron hücumlar baş verib.  

“Kommersiya şəbəkələrindən alınan smartfonlardan istifadə edərkən məxfi məlumatların ötürülməsinə icazə verilmir. Hətta üstündə tam məxfi yazısı olmayan xidməti əhəmiyyətə malik istənilən informasiya Milli İnformasiya Sistemləri Agentliyi tərəfindən sertifikatlaşdırılan terminallar vasitəsilə ötürülə bilər”, - sənəddə qeyd olunur.  

Bundan başqa, nazirlərə xatırladılıb ki, qanunlara əsasən, milli müdafiə sahəsinə aid məxfi şriftli məlumatların ötürülməsinə yalnız  bunun üçün nəzərdə tutulan xüsusi aparatlar vasitəsilə icazə verilir.  

Bununla yanaşı, kabinet üzvlərinə məsləhət görülüb ki, xaricdə telefon danışıqları və ya elektron şəbəkələrlə məlumatların ötürülməsi müxtəlif beynəlxalq təşkilatların ərazisində, aeroport, hotel, restoran və internet kafelərdə dinlənə və ələ keçirilə bilər, - “Vesti www.vesti.ru” yazır.
 

 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024