12px13px15px17px
Tarix:12/09/13

I Avropa - Azərbaycan İnvestisiya Konfransında qarşılıqlı informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya qoyuluşu müzakirə edilib

Bakıda keçirilən I Avropa - Azərbaycan İnvestisiya Konfransında Azərbaycana investisiya qoyuluşu – Azərbaycan və Avropa şirkətləri arasında əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.

Konfrans çərçivəsində kiçik və orta müəssisələr üçün imkanlar, informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu - Avropa bazarlarına ixrac imkanları, ekoloji cəhətdən səmərəli tikinti sahəsinə investisiya qoyuluşu mövzuları üzrə panel iclasları keçirilmişdir. Panel iclaslarında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.
 
Həmçinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilmiş tədbirdə Avropa və Azərbaycan şirkətləri yeni layihələrə, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
 
Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu, Aİ ölkələrinin Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutduğunu və ölkəmizin əsas xarici ticarət tərəfdaşlarından olduğunu bildirib:
 
“Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaradıb. Artıq Azərbaycanın bir sıra şirkətləri Avropa ölkələrinə investisiya yatırıb, eləcə də müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər”.
 
 
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinin icraçısı Toralf Pilz, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tepmel və Avropa Palataları Assosiasiyasının “East Invest” layihəsi üzrə meneceri Birgit Arens isə çıxışlarında Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
 
 
Qeyd edək ki, 12 ölkədən 190-dan çox iş adamının iştirak etdiyi konfrans Azərbaycanda təşkil olunan ilk bu formatlı tədbirdir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024