12px13px15px17px
Tarix:12/09/13

“GoldenPay” şirkəti səhmlərinə olan marağı ölçür

“Hesab.az” portalı “GoldenPay” şirkəti potensial alıcıların, əgər səhmdar cəmiyyətinə çevrilərsə, onun səhmlərinə maraqlarının olub-olmayacağını müəyyənləşdirmək üçün sorğu keçirir.
 
Şirkət “Facebook” səhifəsində potensial müştərilərinə “GoldenPay” şirkətinin səhmlərinin bir hissəsi Bakı Fond Birjasında satışa çıxsa, səhmlərimizə sahib olmaq istərdinizmi? (Səhmin biri 10-50 AZN arasında olsa)” sualı ilə müraciət edib. Sual “Surveymonkey” saytında yerləşdirilib.
 
İndi şirkət onların  fikirlərini bildirmələrini istəyir. Sorğuda iştirak edənlərdən ad, soyad, mobil telefon nömrəsi və elektron poçt tələb olunur.
 
Qeyd edək ki, “İPO (İnitial public offering)” səhmlərin ilkin açıq  kütləvi satışıdır.
 
RƏVAN



Baxış sayı: 816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024