12px13px15px17px
Tarix:13/09/13

“Google+” sosial şəbəkəsinə fotoredaktor quraşdırılıb

“Google+” sosial şəbəkəsinin veb-versiyasında istifadəçilər tərəfindən yüklənmiş fotoşəkillərin redaktəsi üçün alətlər istifadəyə verilib. Bu barədə “Google”un əməkdaşı Coş Haftel şəxsi səhifəsində deyib.
 
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, fotoşəklə düzəliş etmək üçün onu açmaq və "Dəyişdirmək" düyməsinə sıxmaq lazımdır. İstifadəçilər fotoşəklin və ya seçilmiş hissənin parlaqlıq, ziddiyyət və dolğunluğunu dəyişdirə, kəskinliyini artır, döndərə, kəsə və rəng effektlərini tətbiq edə bilərlər.
 
Bu redaktor “Nik Software” şirkətinin həllərinə əsaslanır. İnternet nəhəngi bu şirkəti 2012-ci ilin sentyabrında satın alıb.
 
“Google+”un veb-versiyasına quraşdırılmış fotoredaktor yalnız “Chrome” brauzerində işləyir. “Google” şirkəti bunu belə izah edir ki, fotoşəklin redaktəsi üçün alətlər brauzerdə “native” kodun icrası üçün nəzərdə tutulmuş “Native Client” texnologiyasının tətbiqinə əsaslanır. Başqa brauzerlər sözügedən texnologiyanı dəstəkləmir.
 
Emil Hüseynov



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024