12px13px15px17px
Tarix:13/09/13

“Ericsson” 3 qlobal İKT mərkəzi açacaq


“Ericsson” şirkəti 5 il ərzində 3 qlobal İKT mərkəzinin açılmasına 7 milyard İsveç kronu (təxminən 1,1 milyard dollar) məbləğində investisiya yatırmağı planlaşdırır. Mərkəzlərdən ikisi İsveçdə (Stokholm və Linçeypinq şəhərlərində), üçüncüsü Kanadada (Monreal şəhəri, Kvebek əyaləti) yerləşəcək.

“Ericsson”nun “R&D” bölməsinin yaxınlığında yerləşən yeni mərkəzlər 24 mindən çox mühəndis tədqiqatçıları bir araya gətirməklə müxtəlif ölkə mütəxəssislərinin daha səmərəli əməkdaşlığının inkişafına xidmət edəcək. Şirkətin müştəriləri uzaq məsafədən sınaq layihələrində iştirak etmək və ilkin mərhələlərdə innovasiyalı məhsullara çıxış əldə etmək imkanı əldə edəcəklər.

3 İKT mərkəzinin ümumi ərazisi 120 min kvadratmetr təşkil edəcək ki, bu da təxminən 14 futbol meydançasının ölçüsünə uyğun gəlir. Yeni mərkəzlərdə şirkətin bütün biznes istiqamətləri üzrə tədqiqat mərkəzləri yerləşəcək və onlar yeni həllərin işlənməsi sahəsində “R&D” fəaliyyətin təşkili üçün əsas olacaq, “bulud” həllərin daha fəal inkişafına zəmin yaradacaq.

“Ericsson”nun qiymətləndirməsinə əsasən, mərkəzlərin konstruksiyası və yerləşməsi enerji sərfiyyatını 40 faizədək azaltmağa imkan verəcək. Karbon tullantılarının xeyli azaldılmasını şirkət davamlı inkişafın ayrılmaz hissəsi hesab edir.

İsveçdə 2 İKT mərkəzi 2013-2014-cü illərin sonunda, Şimali Amerikadakı mərkəz isə 2015-ci ilin əvvəlində istifadəyə veriləcək.  

Qeyd edək ki, “Ericsson”nun nəhəng tədqiqat mərkəzləri İsveçdə yerləşir və orada 9 min əməkdaş çalışır. Digər böyük filiallar isə Çin, ABŞ, Kanada və Macarıstanda fəaliyyət göstərir. 2012-ci ildə şirkətin elmi-tədqiqat işlərinə xərcləri 32,8 milyard İsveç kronu (5 milyard dollardan çox) və ya satış həcminin 14 faizini təşkil edib, - "CNews” www.cnews.ru yazır.  
 



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024