12px13px15px17px
Tarix:13/09/13

296 seçki məntəqəsinə kamera quraşdırılıb

Ölkədə keçiriləcək prezident seçkilərinin hər kəs tərəfindən müşahidə aparmasını təmin etmək məqsədi ilə paytaxtda yerləşən 296 seçki məntəqəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən kameralar quraşdırılıb.
 
Seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.
 
 
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.
 
O bildirib ki, bu vaxta qədər ölkədə keçirilən  seçkiləri izləmək mümkün olub, sadəcə olaraq bu dəfə kameraların sayı artırılıb: “Hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır. Lakin nəzərinizə çatdırım ki, yaxın günlərdə təmir işləri başa çatacaq. Bundan sonra biz həmin məntəqələrə də kameraları quraşdıracağıq. Bir sözlə qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
 
 
X.Kişiyev  bildirib ki, seçki məntəqələrində quraşdırılan kameralarla bağlı artıq sınaqlar keçirilib və yüksəksəviyyəli, keyfiyyətli görüntüyə nail olunub.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024