12px13px15px17px
Tarix:13/09/13

“Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihə çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başlayır


BMT-nin İnkişaf Proqramı (BMTİP) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihəsi çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başlayır. 
 
BMT-nin rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Antonius Bruk   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birlikdə mərkəzin təntənəli açılışında iştirak edib. SYSLAB mərkəzlərinin Azərbaycanda işsizliyin aradan qaldırılmasında rolunun olduğunu bildirən A.Bruk mərkəzlərin ölkədə məşğulluq probleminin həlli, eləcə də iş axtaran və işə götürənlərin ehtiyaclarının ödənilməsində göstərdiyi dəstəyi vurğulayıb. 
 
SYSLAB Mərkəzi iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, bacarıqlara uyğun iş yerlərinin tapılması, özünü təqdim etmək və işə götürənlərin tələblərinə uyğun ünsiyyət qurmaq bacarıqları üzrə metodologiyalar hazırlayırlar.
 
 Onlar həmçinin işin tələb və ehtiyaclarına uyğun namizədin tapılmasında işəgötürənlərə yardım edirlər. Öz nitqində A.Bruk hökumət və özəl sektor nümayəndələrinə səslənərək, SYSLAB-ın həyata keçirdiyi layihələrin Azərbaycanın digər şəhər və rayonlarında da tətbiq edilməsi üçün lazımi maliyyə vəsaitini ayırmağı və bu təcrübəni genişləndirməyi məsləhət görüb. 
 
 
Qeyd edək ki, layihə çərçivəsində ilk əvvəl Bakı SYSLAB Mərkəzi yaradılıb. Digər bir SYSLAB Mərkəzinin 2014-cü ildə Gəncədə açılması planlaşdırılıb. 2011-ci ildə SYSLAB adlı Norveçdə yerləşən qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan bu innovativ metodologiyanın təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi birgə layihə imzalayıblar. Layihə Azərbaycan və Norveç Hökuməti və BMTİP tərəfindən birgə maliyyələşdirilib.
 
Layihənin məqsədi 2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Milli Məşğulluq Strategiyasının həyata keçirilməsinə dəstək və işsizliyin aradan qaldırılması, eləcə də həvəsli və bacarıqlı işçi qüvvəsi vasitəsilə yerli və regional biznesin inkişafına töhfə verməkdir. Mərkəz indiyədək 160-dan çox işsizə təlim keçib və onlardan təxminən 86%-i işlə təmin olunub.



Həqiqət İSABALAYEVA



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024