12px13px15px17px
Tarix:13/09/13

Zukerberq internet istifadəçilərini izləməyi Amerika hakimiyyətinin uğursuzluğu adlandırıb

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq internet üzərindən istifadəçilərin izlənməsi ilə bağlı qalmaqalı Amerika hakimiyyətinin uğursuzluğu adlandırıb. “The Verge” portalı yazır ki, o, bu barədə “TechCrunch Disrupt” konfransında deyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Mark Zukerberq deyib ki, “Facebook” istifadəçilərin şəxsi məlumatlarının mühafizəsi məsələsinə çox ciddi yanaşır. "Hökumətimizin vəzifəsi hamımızı, azadlıq və iqtisadiyyatımızı qorumaqdır – o əlavə edib. Onlar balansı qoruyub saxlaya bilmədilər".

“Facebook”un direktorunun fikrincə, internet üzərindən istifadəçilərin izlənməsinə dair hökumət proqramları haqqında insanların daha çox bilmək hüququ var.

Amerika hakimiyyətinin internet üzərindən istifadəçiləri izləmə sistemi haqqında MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden deyib. Xəbər dünyada qalmaqala səbəb olub. Amerika hakimiyyəti izləmə faktını etiraf edib və izah edib ki, bu addım ABŞ-ın terrorçulardan müdafiəsi üçün atılıb.

Emil Hüseynov

 



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024