12px13px15px17px
Tarix:14/09/13

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.
 
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin həcmi iyun-iyul ayları ilə müqayisədə 11,8% artaraq 68 GB/S təşkil edir. Azərbaycana daxil olan internet trafikinin həcminin ən yüksək həddi bu ilin fevral-aprel aylarında müşahidə olunub və bu vaxt ərzində 73-75 GB/s-dək artım qeydə alınıb.
 
Ölkənin çıxış trafikinin həcmi isə iyun- sentyabr aylarında, öncəki aylarla müqayisədə stabilləşərək 13-14 GB/s təşkil edib. Bu göstəricinin maksimal həddi 2012-ci ilin dekabr ayından 2013-cü ilin fevral ayınadək 16-17 GB/s-dək artım nümayiş edib.
 
Hazırda isə ölkəyə daxil olan internet trafikin orta həcmi 10-20 GB/s, çıxış trafikin orta həcmi isə 60-70 GB/s təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024