12px13px15px17px
Tarix:14/09/13

AMEA-nın rəsmi portalının yeni versiyası hazırlanır


Yaxın perspektivdə AMEA-nın rəsmi "www.science.gov.az" portalının internet televiziyasının yaradılması və mobil versiyalarının hazırlanması nəzərdə tutulur. Hələlik isə akademiyanın rəsmi  "www.science.gov.az"  portalının yeni versiyasının hazırlanması üzərində işlər gedir.
 
 Qeyd edək ki, "www.science.gov.az" Azərbaycanda dövlət tərəfindən elmdə aparılan və yeni dövrün tələbləri ilə səsləşən islahatları, elmin inkişafı sahəsində ölkədə əldə edilmiş nailiyyətləri operativ, dolğun və obyektiv şəkildə işıqlandırır, təbliğ edir.
 
AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının bir-birilə informasiya mübadiləsi aparmasına, həmçinin alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaq məqsədi daşıyan portal Azərbaycanda 1995-ci ildə "www.ab.az" adı altında istifadəyə verilmiş, 3 dildə fəaliyyət göstərən ilk veb-saytdır. AMEA-dan bildirilib ki, qloballaşma dövründə respublikamızın davamlı inkişafını təmin edən sahələrdən biri kimi, elm sahəsində böyük uğur və nailiyyətlərin əldə edilməsi, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın qəbulu, digər tərəfdən ölkə Prezidentinin 2013-cü ili "İKT ili" elan etməsilə innovativ texnologiyaların cəmiyyət həyatının bütün sferalarına sürətlə daxil olması, eyni zamanda AMEA-da aparılan struktur dəyişiklikləri portalın yenidən işlənməsini zəruri edir.
 
 
Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda veb-portalın yeni versiyasının hazırlanması istiqamətində tədbirlər görülür. Azərbaycan elminin artan nüfuzunu əks etdirən portalın yeni versiyasında ən yeni texnologiyaların tətbiqi, ayrı-ayrı elmi qurumlara dair informasiyaların daha geniş və ətraflı şəkildə təqdim edilməsi nəzərdə tutulur.
 
Layihənin həyata keçirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərindən ibarət İşçi qrupu təşkil olunub və portalın yeni versiyasının fəaliyyət planı hazırlanıb. Artıq yeni versiyanın hazırlanması üzrə işlərin yerinə yetirilməsinə başlanılıb, portalın dizayn tələbləri müəyyənləşdirilib.
 
 
 Bununla əlaqədar AMEA Rəyasət Heyətində İşçi qrupun iclası keçirilib. İclasda müxtəlif İKT layihələrinin reallaşdırılması ilə bağlı əldə olunmuş nəticələrdən danışan AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev perspektivdə görüləcək işlərdən də söz açıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024