12px13px15px17px
Tarix:14/09/13

“Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi” elektron xidmətindən istifadə qaydaları açıqlanıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya rəsmi saytı (dqmk.gov.az) vasitəsilə dövlət qulluqçularının reyestrindən məlumatların elektron formada əldə olunması qaydalarını açıqlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi” elektron xidməti Azərbaycanın dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatların verilməsi üçün istifadə edilir: “Bu elektron xidmətin göstərilməsi nəticəsində dövlət orqanlarının kadr qurumları tərəfindən həmin orqanlarda qulluq keçən və ya əvvəllər çalışmış dövlət qulluqçuları haqqında fərdi və ya statistik məlumatların, habelə dövlət qulluqçuları tərəfindən özləri barədə məlumatların əldə edilməsi mümkün olur”.
 
 Bu xidmətdən dövlət orqanlarının kadr qurumları və dövlət qulluqçuları (yalnız özləri barədə) istifadə edə bilərlər: “Elektron xidmətin təqdim edildiyi internet ünvanında istifadəçi müvafiq identifikasiyadan keçir. İdentifikasiya dövlət qulluqçuları üçün elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə, dövlət orqanlarının kadr qurumları üçün dövlət qurumunun yazılı müraciəti əsasında komissiya tərəfindən verilmiş istifadəçi adı və şifrə vasitəsilə aparılır. Dövlət qulluqçularının qeydiyyatdan keçməsi üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur”.
 
CAHANGİR
 
 



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024