12px13px15px17px
Tarix:17/09/13

Dağlıq Qarabağ regionu üçün ayrılan telefon kodu bütün dünyada tanınır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında Dağlıq Qarabağ regionu üçün ayrılan “26” zona kodu bütün dünyadan nömrə yığan zaman tanınır. Bu barədə “Aztelekom”İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, Dağlıq Qarabağ regionu istiqamətində zənglər edilərkən zəng edən  Azərbaycan, rus və ingilis dillərində məlumatlandırılır ki, bu istiqamətdə zənglər ərazinin işğal altında olması səbəbindən müvəqqəti olaraq qeyri-mümkündür.
 
“Əvvəllər bu istiqamətdə zənglər cavabsız qalırdı, ya da belə nömrənin mövcud olmadığı bildirilirdi.Yeni zona koduna keçid zamanı bu istiqamətdə olan yığımdan sonra videoyazı tətbiq edilib” məlumatda bildirilir. Yeddirəqəmli nömrələmə sisteminə keçiddə daha vacib aspektlərdən biri, nazirliyin istifadəçinin abonent nömrəsini saxlanılması tam təmin edilib.
 
Qeyd edək ki, 2011-ci ildə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılmasını nəzərə alaraq, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid 7 rəqəmli nömrələmə sisteminə keçirilməsi üçün "Yeni zona kodlarının tətbiqi" barədə təkliflər hazırlanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-Texniki Şurasının müzakirəsinə təqdim edilərək təsdiqlənib.

 Yeni zona kodlarının tətbiqinə bu ilin aprel ayından tam olaraq başlanılıb, şəhərlərarası və beynəlxalq istiqamətlərdən daxil olan çağrılar yeni yığımlarla təşkil edilib və bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.
 
RƏVAN



Baxış sayı: 1016

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024