12px13px15px17px
Tarix:17/09/13

İnternet resurslarda seçki təşviqatı müzakirə olunub

Azərbaycanda keçirilən prezident seçkilərində aparılacaq təbliğat-təşviqat işlərində internetdən, sosial şəbəkələrdən geniş istifadə olunacağı gözlənilir. Lakin sosial şəbəkələr monitorinqlərdən kənarda qalacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib.
 
 
İclasda qurumun prezident seçkilərindəki fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr haqda məlumat verən MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev deyib ki, qrup seçki təşviqatı ilə bağlı ortaya çıxan problemlərə dair müraciətləri araşdıracaq. Qeyd edilib ki, qrupun hər bir üzvü təşviqat prosesini yaxından izləyəcək. Həm radioda, həm televiziyada, həm də çap KİV-lərində qrup üzvləri tərəfindən fərdi olaraq monitorinq aparılacaq.
 
 
İclasda internet resurslarda - sosial şəbəkələrdə seçki təşviqatı ilə məşğul olan qruplara nəzarət mexanizminin mümkünsüzlüyü, MSK-ya seçki təşviqatı aparması üçün əvvəlcədən məlumat verməyən internet portallar haqda da müzakirə aparılıb. Bu qənaətə gəlinib ki, Seçki Məcəlləsinin müddəalarını pozan KİV-lər müəyyənləşdirilməlidir. Lakin bu yanaşmanın sosial şəbəkələrə tətbiq olunması mümkün deyil.
 
 
Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan 3-ü MSK üzvü, 1-i MSK katibliyinin əməkdaşı, 15-i isə informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.
 
 
SEYMUR



Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020