12px13px15px17px
Tarix:18/09/13

Azərbaycan alimləri Günəş enerjisindən istifadə imkanları ilə bağlı mühüm nəticələr əldə ediblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri Günəş enerjisindən istifadə imkanlarının təkmilləşdirilməsi istiqamətində yeni tədqiqatlar aparıb və mühüm nəticələr əldə ediblər. Belə ki, institutun Günəş və hidrogen enerjisinin çeviriciləri laboratoriyasının mütəxəssisləri silisium günəş elementləri və batareyalarının uzun müddət etibarlı işləməsinə və effektivliyinin artırılmasına nail olublar. Tədqiqatların nəticələri "Günəş elementləri - tədqiqat və tətbiqin perspektivləri" ("Solar Cells - Research and Application Perspectives") adlı kollektiv monoqrafiyada yer alıb. Bu barədə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
AMEA-dan bildirilib ki, laboratoriyanın rəhbəri, AMEA-nın müxbir üzvü Təyyar Cəfərovun başçılığı ilə bu istiqamətdə aparılmış araşdırmalar adıçəkilən kitabın “Nanoməsaməli silisium təbəqəli silisium günəş elementləri” fəslində öz əksini tapıb. Nəşr Xorvatiya və İsveçrədə yerləşən beynəlxalq “Intech” nəşriyyatında 2013-cü ilin martında çap olunub. Burada dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların təcrübələri cəmləşdirilib.
 
“Intech” nəşriyyatından elmi əsərin müəllifi T.Cəfərova  göndərilən təbrik məktubunda qeyd olunur ki, kitabda dərc olunan fəsil elm adamları arasında böyük maraq doğurub və kitabın elektron ünvanında (http://www.intechopen.com/books/show/title/solar-cells-research-and-application-perspectives) 2000 dəfədən çox oxunub. Elmi əsər ən çox ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Hindistan və Meksikadakı oxucuların diqqətini çəkib.        T.Cəfərov bildirir ki, gələcəkdə neft, qaz və kömür kimi enerji mənbələrinin tükənməsi, ekoloji problemlərin yaranması günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən cihazların hazırlanmasını zəruri edir.
 
Bu baxımdan, dünyada müvafiq tədqiqatlar qlobal əhəmiyyət kəsb edir. Alim şüaların əksetmə qabiliyyətinin 30-35 faizdən 2-4 faizədək azalmasına nail olmaq üçün bu prosesdə istifadə olunan texnologiyaya əlavə olaraq günəş elementinin üzərində nazik nanoməsaməli silisium təbəqənin yaradılmasını daha effektli variant hesab edir. Onun sözlərinə görə, ətraf mühiti çirkləndirməyən bu cihazların istifadəsi kosmik gəmi və ucqar bölgələrdə, həmçinin yolların işıqlandırılmasında və bir çox digər yerlərdə mümkündür.
 
Həqiqət İSABALAYEVA
 
 
 



Baxış sayı: 420

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyul 2015

04 07 2015

04/07/15
“İnformasiya təhlükəsizliyi” jurnalının ilk nömrəsi işıq üzü görüb

“İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının ilk nömrəsi çapdan çıxıb.

04/07/15
Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 175 mini ötüb

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı  1 ay ərzində 5 min nəfər artıb.

04/07/15
“Facebook” pilotsuz uçan aparatlarla inkişaf etməkdə olan ölkələri pulsuz internetlə təmin edəcək

“Facebook” şirkətinin təsisçisi Mark Sukerberq inkişaf etməkdə olan ölkələri internet bağlantısı ilə təmin edəcək pilotsuz

04/07/15
Yeni virus “WhatsApp” istifadəçilərinin maliyyə vəsaitləri üçün təhlükə törədir

"ESET” beynəlxalq antivirus şirkəti “WhatsApp” messenceri üçün populyar əlavə adı ilə mobil troyanın yayılması

04/07/15
İstedadlı uşaqların müsabiqədə iştirakı üçün aparılan elektron qeydiyyat iyulun 31-də başa çatacaq

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə

04/07/15
Virtual məkanda Azərbaycan dilinin təsbit olunması, inkişafı və digər problemləri istiqamətində araşdırmalar aparılmalıdır

Virtual məkanda Azərbaycan dilinin təsbit olunması, inkişafı və digər problemləri istiqamətində fundamental, genişmiqyaslı elmi tədqiqatların, təhlill

04/07/15
Kubada “Wi-Fi” ilə təchiz edilən 35 mərkəz açılıb

Kubada simsiz internetdən istifadənin mümkün olduğu 35 mərkəz istifadəyə verilib. Hər belə mərkəz eyni anda 100 istifadəçinin interne

04/07/15
“Panasonic” şirkəti orta səviyyəli “P55 Novo” smartfonunu təqdim edib

Yaponiyanın “Panasonic” elektronika istehsalçısı orta səviyyəli “P55 Novo” smartfonunu təqdim edib.

04/07/15
“MasterCard” parol əvəzinə “selfi” şəkillərdən istifadəyə qərar verib

“MasterCard” şirkəti yeni proqramı sınaqdan keçirməyə başlayıb: onlayn alış-veriş istifadəçinin sifətinin skan edilməsi yolu