12px13px15px17px
Tarix:18/09/13

Azərbaycanda “Facebook” səhifəsinə görə kredit verilə bilərmi?

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində kreditlərin verilməsi zamanı bank tərəfindən borc alan şəxsin sosial şəbəkələrdə olan profillərinin nəzərdən keçirildiyi məlum olub. Borc verənlər bu addımları ilə şəxsin psixoloji durumunu, kimlərlə dostluq etməsini, paylaşmalarını gözdən keçirir və son nəticədə götürülən kreditin vaxtı-vaxtında geri qaytarıb-qaytarmayacağı ilə bağlı yekun qərara gəlirlər.
 
 
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, hazırda bu texnologiya geniş yayılmasa da belə, ona olan marağın artdığı hiss olunur. Artıq bundan sonra kreditin əldə edilməsi borcalanın təkcə kredit tarixçəsindən və məsuliyyətliliyindən deyil, həm də sosial şəbəkələrdəki dostlarının etibarlılığından asılı ola bilər.
 
Qeyd edək ki, kreditlə məhsul satan bir sıra iri innovasiyalı şirkətlər də borcalanın kredit ödəmə qabiliyyətini qiymətləndirmək prosesində şəxsin sosial şəbəkələrdəki dostlarının profillərində borcalan haqqında araşdırma aparır. Məsələn, “Lenddo” şirkəti borcalanların dost siyahısına baxaraq, onlardan hansınınsa nə vaxtsa kredit ödənişlərində gecikmələr edib-etmədiyini müəyyən etməyə çalışır. “Lenddo” şirkətinin işinin əsas mahiyyəti ondan ibarətdir ki, insan öz onlayn reputasiyasını qurmaq sayəsində kredit resurslarına çıxış əldə edir. Onun onlayn nüfuzu isə ilk növbədə sosial şəbəkədəki əlaqələrindən asılı olur. 2011-ci ildə yaradılmış bu şirkət hazırda bir çox ölkələrdə təmsil olunur.
 
 
Almaniyadan digər bir şirkət – “Kreditech” də istifadəçilərin “eBay”, “Amazon” və “Facebook” məlumatlarından istifadə edərək ona kredit verməyin riskli tərəflərini araşdırır.
 
Beləliklə, “banker.az”ın ekspertləri hesab edir ki, ənənəvi banklar kredit tarixçəsinə əsasən riskləri təhlil etdikləri bir vaxtda, digər şirkətlər daha innovativ üsullardan istifadə edirlər. Yeni üsulların effektivliyi barədə hələ ki heç bir məlumat olmasa da, banklarda köhnə qaydaların artıq dəyişilmə zamanı gəldiyi deyilir.
 
 
SEYMUR
 



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024