12px13px15px17px
Tarix:18/09/13

Çin ordusu interneti düşmənlə ideoloji mübarizədə “yeni döyüş meydanı” elan edib


İnternet ideoloji mübarizədə “yeni döyüş meydanı”dır. Bu barədə Pekində ordu təbliğatçılarının iclasında Çin Mərkəzi Hərbi Şurasının sədri Syuy Silyan deyib. O, Çinin Xalq-Azadlıq Ordusunu qlobal şəbəkədə ictimai rəyə daha yaxşı təsir göstərməyə çağırıb.

“İdeoloji mübarizədə yeni döyüş meydanını – interneti ələ keçirmək üçün təşəbbüs göstərmək lazımdır”, - Syuy Silyan Çin hərbçilərini səsləyib.

O, hərbi qulluqçuların və əhalinin ideoloji tərbiyəsində daha çox səy göstərməyi və düşmən qüvvələrin soxulması və təxribatının qarşısını almaq üçün möhkəm müdafiə xəttinin yaradılması məqsədilə onlayn rejimdə ictimai fikri lazımi səmtə yönəltməyi əmr edib. Bu məsələdə aşağı səviyyəli mütəxəssislər qrupunun yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Çin Mərkəzi Hərbi Şurasının sədri həmçinin əsgər və zabitləri ideoloji meydanda vəziyyətin mürəkkəbliyini nəzərə alaraq öz əqidələrinə sadiq qalmalarını tələb edib, - “İTAR-TASS” www.itar-tass.com yazır.    
 

 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024