12px13px15px17px
Tarix:19/09/13

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu müvəkkil kredit təşkilatının seçilməsi meyarlarını hazırlayıb

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu müvəkkil kredit təşkilatının seçilməsi meyarlarının ilkin variantını Müşahidə Şurasına təqdim edib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sənədə əsasən, seçimdə müvəkkil kredit təşkilatı kimi Azərbaycan bankları və bank olmayan kredit təşkilatları iştirak edə bilər.

Bank olan kredit təşkilatlarında kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair Azərbaycan Mərkəzi Bankının lisenziyası olmalıdır. Bank Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə riayət etməli, kredit əməliyyatları ilə bağlı müntəzəm fəaliyyət həyata keçirməlidir. Bank olmayan kredit təșkilatlari son 3 il ərzində kredit əməliyyatları ilə bağlı müntəzəm fəaliyyət göstərməli, son 2 ilin bütün hesabat rüblərində Mərkəzi Bankın müəyyən etdiyi prudensial normalara tam riayət etməli, öhdəlikləri qarșılamağa hazır olmalıdır.
 
Kredit təşkilatının kapitalı 300 min manat səviyyəsində və yuxarı olmalıdır. Üzvlərinin sayı azı 150 nəfər və daha çox olmalı, 200 manatdan așağı paya malik olan üzv sayı bütün üzvlərin sayının 50%-dən çox olmamalıdır.

Təşkilatın vaxtı keçmiș borcları olmamalı, eləcə də, kapital ehtiyatının nizamnamə fonduna olan nisbəti 0.1-dən çox olmalı, sənədlərin tərtibi və hesabatların hazırlanması üçün müvafiq kompüter və digər elektron vasitələri, aidiyyəti proqram təminatı olmalıdır. Müvafiq struktur və kreditlərlə sərbəst ișləmək qabiliyyətli olan kadrlar olmalı, təqdim olunan iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) Mərkəzi Bank tərəfindən təsdiq edilməlidir.

Müşahidə Şurasının üzvləri qeyd edilən meyarlarla tanış olaraq yaxın zamanda öz rəylərini bildirəcəklər.  Meyarların 15 gün ərzində təsdiqlənməsi nəzərdə tutulub.

Aynur Vəliyeva



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024