12px13px15px17px
Tarix:19/09/13

Argentina məktəblər üçün “Linux” bazasında əməliyyat sistemi yaradır


Argentina məktəblər üçün “Linux” bazasında əməliyyat sistemi yaradır. Argentina Sosial Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən “Conectar Igualdad” (Connection Equality) dövlət proqramı çərçivəsində məktəblərdə yeni açıq əməliyyat sistemi yaradılması nəzərdə tutulur. Proqram başa çatanadək Argentina hökuməti məktəblərdə 5 mindən çox kompüter sinfini lazımi avadanlıqlarla təchiz etməyi və məktəblilərə tədris müəssisəsində və evdə tapşırıqların yerinə yetirilməsi üçün 5 milyona yaxın netbuk verməyi planlaşdırır.    


“Conectar Igualdad” proqramı 2010-cu ilin aprelində start götürüb və 2 il ərzində Argentina məktəbliləri artıq 1428 kompüter sinfi ilə təchiz olunub, məktəblilər isə 3,32 milyon netbuk əldə edib. İlk iki mərhələdə netbuklar orta təhsil müəssisələrinin şagirdlərinə verilib. 2013-cü ilin dekabrında layihənin üçüncü mərhələsində təhsil üçün 300 mindən çox portativ kompüter yuxarı sinif şagirdlərinə (10,11və12-ci siniflər) təqdim olunacaq.   
Yuxarı sinif şagirdləri üçün kompüterlər 11 istehsalçıdan alınır. Orta məktəblər üçün noutbuklarda “Windows” sistemi əvvəlcədən quraşdırılır, lakin yuxarı sinif şagirdləri üçün “dual boot” rejimində  2 əməliyyat sistemi – “Windows” və “Linux”in xüsusi olaraq bu məqsədlər üçün hazırlanan “Huayra GNU/Linux” adlı əməliyyat sistemlərinin quraşdırılması qərara alınıb.  

“Huayra” layihəsi il yarım əvvəl Argentina Milli Elmi-Tədqiqat Mərkəzi (Centro Nacional de Investigación y Desarrollo de Tecnologías Libres) tərəfindən həyata keçirilməyə başlayıb. Layihənin dəqiq dəyəri barədə məlumat verilmir, lakin maliyyələşmənin büdcəsi 4 milyard pesodan (658 milyon dollardan çox) çox olan “Conectar Igualdad” proqramı hesabına aparılması bildirilir.    

Tərtibatçılar perspektivdə “Hyayra GNU/Linux”in məktəblərin informasiyalaşdırılması layihəsi çərçivəsində yeganə əməliyyat sistemi olacağına ümid edirlər, - "CNews” www.cnews.ru yazır.
 



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024