12px13px15px17px
Tarix:19/09/13

İnternet istifadəçilərinin yarıdan çoxu “Facebook”dan istifadə edir

“Facebook” sosial şəbəkəsindən dünya auditoriyasının yarıdan çoxu istifadə edir.

Belə ki, “GlobalWebIndex” şirkətinin məlumatlarına istinad edən “Citi” investisiya bankının  statistikasına əsasən, dünyanın aktiv auditoriyasının 50 faizindən çoxu “Facebook” sosial şəbəkəsindən yararlanır. Aktiv auditoriya arasında “Google+” servisinin payı 26, “YouTube” videohostinqinin 25, “Twitter” mikrobloqlar servisinin (“Google” şirkətinə məxsusdur) 22, Çinin “Sina Welbo” servisinin 21 faiz təşkil edir.

Lakin auditoriyanın artım tempinə görə digər sosial servislər liderlik edir. Burada birincilik “Pinterest” servisinə məxsusdur. “GlobalWebIndex” şirkətinin 2013-cü ilin 2-ci rübünə olan məlumatına görə, “Pinterest”in auditoriyası il ərzində 80 faizdən çox artıb. Digər “Semiocast” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin iyulunda bu servisin auditoriyasının sayı 70 milyon istifadəçiyə çatıb.     

Bununla belə, “Socialbakers” şirkətinin məlumatına görə, reklam verən şirkətlər hələ də “Facebook”, “YouTube”, “Twitter” və “LinkedIn” kimi sosial şəbəkələrə üstünlük verir.
Auditoriyanın artım tempinə görə ikinci yerdə bu yaxınlarda “Yahoo!” tərəfindən 1,1 milyard dollara satın alınan “Tumblr” mikrobloqlar servisi qərarlaşıb. Bu servisin auditoriyası il ərzində 74 faizdən çox artıb və iyulda 38,37 milyon istifadəçi təşkil edib. “Twitter “ auditoriyanın artım tempinə görə dördüncü yeri tutur və İndoneziyanın “Mig33” sosial şəbəkəsindən geri qalır. İl ərzində “Twitter”in auditoriyası 40 faizdən çox artıb və servisin məlumatına görə, 200 milyon istifadəçini ötüb.

Aktiv istifadəçilərin sayına görə “Facebook”, “Twitter”, “Google+”, “Pinterest” və “LinkedIn” liderlik edir. “Facebook”un aktiv auditoriyası 62 faiz olmaqla digər servisləri üstələyir. Bununla yanaşı, bu göstərici "Twitter”, “Google+”da 49 və 44 faizə, Pinterest” və “LinkedIn”da 39 faizə bərabərdir, - “IT Expert” www.itexpert.org.ua yazır.   
 
 
 



Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib