12px13px15px17px
Tarix:20/09/13

Sosial müavinət və təqaüdlər haqda məlumat əldə etmək asanlaşdı

Vətəndaşlar bundan sonra sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”  adlı elektron xidmətini  “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə təqdim edib.
 
Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər interaktiv xidmət növündən ödənişsiz istifadə edəcəklər. Portalda qeydiyyatdan keçmədən də ƏƏSMN-in sözügedən xidmətini seçdikdən somra təqdim olunmuş xanalarda tələb olunan məlumatları dolduraraq elektron xidmətdən yararlanmaq mümkündür.
 
 
Qeyd edək ki, sosial müavinət və təqaüd təyinatı ilə bağlı müraciət ƏƏSMN-in Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilir.
 
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə lazımi məlumatlar verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.
 
Təqdim edilən sənədlər Dövlət Sosial Təminat Xidməti  tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir.
 
 
Qanuna əsasən sosial müavinətlər təqdim olunma əsaslarından asılı olaraq iki qrupa - aylıq müavinətlər və birdəfəlik müavinətlərə ayrılır. Sosial müavinətlərin məbləği ölkə başçısının fərman və sərəncamları ilə müəyyən edilir. Hazırda respublikamızda ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə ölkə başçısının müxtəlif fərman və sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si