12px13px15px17px
Tarix:20/09/13

2013-cü ildə mobil tətbiqlərin yüklənməsi 64% artacaq

“Gartner” analitik şirkəti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, 2013-cü il ərzində ixtisaslaşmış mağazalardan yüklənilən mobil tətbiqlərin sayı 102 milyard təşkil edəcək ki, bu da ötən illə müqayisədə 64% faiz artım deməkdir. Yükləmələrin 91%-i ödənişsiz tətbiqlərin payına düşəcək.

“Gartner”in tədqiqatlar üzrə direktoru Sendi Şen hesab edir ki, 2014-cü ildə yükləmələrin sayı kəskin artacaq, lakin sonrakı illərdə temp zəifləyəcək.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni mobil qurğu satın almış istifadəçilər, bir qayda olaraq, ona bir çox tətbiq yükləyirlər. Zamanla yalnız zəruri proqramlar telefonda saxlanılır, buna görə də yükləmələrin sayı azalır.

Emil Hüseynov
 



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024