12px13px15px17px
Tarix:21/09/13

“HP” şirkəti “Apple” şirkətinin “iPad” qurğusunun texniki dəstəyini təmin etməyə hazır olduğunu bildirib


“Hewlett-Packard” şirkəti bu gün texniki servisinin imkanlarını, “SmartFriend” proqramının iş şəraitini yeniləyərək genişləndirib və artıq təkcə “Windows”, “Android”, “ChromeOS”, “MacOS” qurğularının problemlərini həll etmir, o həmçinin bu siyahıya “iPhone” və “iPad” iOS-qurğularını da əlavə edib.

“ICTnews” elektron xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “HP SmartFriend” servisinin istifadəçiləri şirkətə istənilən brend fərdi kompüterin və planşetin ekspert dəstəklənməsi üzrə xidmətlərin göstərilməsi üçün müraciət edə bilər", - deyə şirkətdən bildiriblər.
Öncə şirkət yalnız “HP”, “MAC” və digər vendorların fərdi kompüterlərinin texniki dəstəyini həyata keçirirdi. Bu servisin istifadəçiləri artıq şirkətə aparat təminatı, soft və ziyanverici kodlarla bağlı problemlərin həlli üçün müraciət edə bilərlər.

“HP” bəyan edib ki, onun əməkdaşları virusları ləğv etmək, kompüterin məhsuldarlığını artırmaq, proqram təminatı ilə problemləri həll etmək, kompüterləri simsiz və simli şəbəkələrə qoşmaq, qurğuların təhlükəsizliyini artırmaq kimi problemləri həll edə bilər.

Texniki dəstəyin qiyməti ayda 9,99 dollar təşkil edir.

Aynur Vəliyeva
 



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024