12px13px15px17px
Tarix:23/09/13

Şokolad istehsalçısı “Android” mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb

“Nestle” şirkəti “Facebook” sosial şəbəkəsində “Android” mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb. Şirkətin məlumatına görə, “Google” şirkəti əməliyyat sisteminin yeni versiyasını oktyabrda çıxaracaq.

Bu barədə “KitKat” şokolad batonuna həsr edilmiş “Facebook” səhifəsində məlumat verilib. Səhifəyə qida şirkətinin əməkdaşları nəzarət edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sentyabrın 17-də “Facebook” səhifəsində “Nexus” planşeti və “KitKat” şokolad batonunun təsvirini yerləşdiriblər. İstifadəçilərdən biri şərh yazaraq “Android” platformasının yeni versiyasının çıxarılma tarixini soruşub. Administrator cavab verib ki, bu, oktyabr ayında olacaq.

Artıq məlumdur ki, “Google” ƏS-nin yeni versiyasını şokolad batonunun şərəfinə adlandırmaq niyyətindədir. Şirkət seçimini belə izah edib ki, “KitKat” proqramçıların sevimli şokoladlarından biridir.

Emil Hüseynov



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024