12px13px15px17px
Tarix:23/09/13

“Google” yeni loqo və naviqasiya menyusunu elan edib

“Google” axtarış sistemi əsas səhifəsini yeniləyib. Belə ki axtarış sisteminin loqosu, həmçinin naviqasiya paneli dəyişdiriləcək. Bu barədə sentyabrın 19-da “Google Search”ün rəsmi bloqunda məlumat dərc olunub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yazıya əsasən, qara rəngli naviqasiya paneli əsas səhifədən çıxarılacaq. Bundan sonra “Google”un bütün tətbiqləri (“Youtube”, xəritə, disk, poçt, xəbərlər və sairə) bir yerdə birləşdiriləcək: müvafiq ikonka axtarış sisteminin əsas səhifəsinin sağ üst hissəsində yerləşəcək.

Sözügedən yeniliklər bir neçə həftə ərzində həyata keçiriləcək və həm saytın standart versiyası, həm də “iOS” və “Android” üçün şirkətin mobil tətbiqlərində istifadəyə veriləcək.

Emil Hüseynov
 
 



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024