12px13px15px17px
Tarix:23/09/13

“Vikipediya”ya 1700-dən çox robot nəzarət edir

Dünyanın ən böyük virtual ensiklopediyası sayılan “Vikipediya”ya nəzarət edən 1700-dən çox robot var. Belə ki, insanların tez-tez və səmərəli yolla edə bilmədiklərini gündəlik əməliyyatları aparan proqramlar - “bot”lar həyata keçirir.  Məsələn, “ClueBot”adlı proqram vandalizmə cəhdin , “CorenSearch” proqramı isə müəllif  hüquqlarının pozulması hallarının qarşısını alır. “http://viki.agta.az/” saytının digər məlumatına görə, “Vikipediya”nın dünyada təxminən 100.000 aktiv könüllüsü və əməkdaşı var. Artıq internetdə azərbaycanlı könüllülərin də sayının artırlması bağlı “VikiHərəkat” fəaliyyətə başlayıb.
 
 “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə Rabitə və İnformasiya Texnologiya Nazirliyinin  (RİTN) dəstəyi ilə həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində hazırda ilk təlimlər reallaşıb.  Təlimlər “VikiHərəkat” iştirakçıları üçün xüsusi hazırlanmış “Vikipediyaçının masaüstü kitabçası” əsasında keçirilir.
 
Kitabça, eyni zamanda, universitet və kitabxanalara paylanmaq üçün nəzərdə tutulub.  “VikiHərəkat”a qoşulan hər bir kəs bu gündən - 23 sentyabrdan etibarən kitabçanı Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, m.7 ünvanında yerləşən ünvanından pulsuz əldə edə bilər. Kitabçanın əhatə etdiyi mövzular, həmçinin layihə saytında (viki.agta.az) yerləşdirilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024