12px13px15px17px
Tarix:23/09/13

Hazırda Azərbaycanda genişzolaqlı internetin qiyməti orta aylıq əməkhaqqının 2.5 faizidir


 
“Bu gün Azərbaycanda internetə tələbat çox sürətlə artır. Bunun əsas səbəbi odur ki, ölkəmizdə internet azaddır, əhali ondan istifadədə tam sərbəstdir. Heç bir resurs məhdudlaşdırılmır, heç kimin beynəlxalq şəbəkəyə çıxışına məhdudiyyət qoyulmur”.
 
Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. O bildirib ki, Azərbaycanda internetin azadlıq səviyyəsi dünya dövlətlərinin yüksək inkişaf etmiş ölkələri səviyyəsindədir. Bu da vətəndaşlarımıza informasiya mübadiləsi aparmağa, internetdə fəaliyyətlərini genişləndirməyə, internetdə biznes fəaliyyəti göstərməyə, təhsil xidmətləri almağa imkan verir: “Bundan başqa, elektron xidmətlərin çeşidinin artması əhalidə internetə olan tələbatı daha da artırıb. Bu tələbat artdıqca da müəyyən qədər bölgələrdə problemlər yarana bilər. Ona görə də bizim Dövlət Neft Fondu ilə layihəmiz var. Gələcək 3 ildə Azərbaycanda bu sahənin inkişafına xüsusi investisiya qoyulacaq. İnternetin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması istiqamətində apardığımız işlər davam edir.  2017-ci ilin sonunda Azərbaycan bu layihələrin nəticələrinə görə Avropanın inkişaf etmiş dövlətləri səviyyəsində olacaq”.
 
Nazir qeyd edib ki, bu gün internetin qiymətini ölçmək üçün orta aylıq əməkhaqqı ilə müqayisənin aparılması metodu əsas götürülür. Hazırda Azərbaycanda genişzolaqlı internetin qiyməti orta aylıq əməkhaqqının 2.5 faizidir. Azərbaycanda internet inkişaf etdikcə, onun sürətinin, keyfiyyətinin yüksəldilməsi, qiymətinin aşağı salınması davam etdiriləcəkdir”.
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024