12px13px15px17px
Tarix:23/09/13

Çin orbitə yeni meteoroloji peyk buraxıb


Çin bu gün şimali Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan “Fengyun-3” seriyasından olan növbəti meteoroloji peykin orbitə buraxılışını uğurla həyata keçirib. Peykin fəzaya buraxılması “Long March-4C” raketdaşıyıcısının köməyi ilə baş tutub. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.  

Hazırda orbitdə bu seriyadan olan 2 peyk fəaliyyət göstərir. “Fengyun-3” kosmik aparatları Çinin təbii fəlakətlərin və ətraf mühitin vəziyyətinin monitorinqi üçün istifadə olunan polyar orbital meteoroloji peyklərinin ikinci nəslinə aiddir. Bundan başqa, onlardan qlobal iqlim dəyişikliklərinin müşahidəsi, eləcə də aviasiya və naviqasiyada istifadə edilir. Bu aparatların köməyi ilə hava haqqında məlumatların yenilənmə vaxtı 12 saatdan 6 saatadək azaldılacaq.   

“Fengyun-3” seriyasından olan birinci və ikinci peyklər müvafiq olaraq 2008-ci ilin mayında və 2010-cu ilin noyabrında orbitə çıxarılıb, - “İTAR-TASS - www.itar-tass.com” yazır. 



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024