12px13px15px17px
Tarix:23/09/13

2013-cü ilin birinci yarısında 90 milyondan çox maye-kristal televizor tədarük edilib


Bazar icmalçılarının məlumatına görə, 2013-cü ilin birinci yarısında dünya bazarına ümumilikdə 90,2 milyon maye-kristal televizor (LCD) tədarük edilib ki, bu da ötən ilin göstəricisindən 3,44 faiz çoxdur.

Göstərilən həcmdən 18,5 milyon “LCD” televizoru hələ də bu seqmentdə lider olan “Samsung Electronics” şirkəti tədarük edib. “LG Electronics” “LCD TV”nin istehsalı üzrə ikinci nəhəng istehsalçı şirkətdir. Cari ilin ilk 6 ayında Cənubi Koreya şirkəti 13,25 milyon ədəd bu məhsuldan tədarük edib. Çin istehsalçıları reytinqdə 2 pillədə qərarlaşıb – “TCL” şirkəti 7,4 milyon televizor nəticəsi ilə üçüncü, 5,06 milyon “LCD” televizor buraxan "Skyworth” isə beşinci yeri tutub.   

Çinin televizor istehsalçılarının sürətli inkişafı bu ölkədə televizorların alışının subsidiyalaşdırılması üzrə dövlət proqramının həyata keçirilməsi sayəsində tələbatın artması ilə əlaqədardır. Lakin 2013-cü ilin ortalarında proqram başa çatıb, buna görə bazar icmaçıları ilin ikinci yarısında Çində tələbatın hansı səviyyədə olacağı barədə proqnoz verməkdən çəkiniblər.

Şimali Amerika və Avropadan söhbət açan mütəxəssislər əlavə ediblər ki, cari ilin üçüncü və dördüncü rübündə bu iki bazarda artım məhdud olacaq. Lakin buna baxmayaraq televizor istehsalçılarının mədaxili daha yüksək təsvir ölçülü və iri ekranlı məhsullar sayəsində artacaq, -"DailyComm” www.dailycomm.ru yazır.
 





Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024