12px13px15px17px
Tarix:24/09/13

Yaponiyada “¥Coins” virtual valyutası dövriyyəyə buraxılıb

“Infobip” beynəlxalq mobil texnologiyalar və ödənişlər provayderi Yaponiya bazarının həm yerli, həm də beynəlxalq kontent provayderləri üçün nəzərdə tutulan “¥Coins” virtual valyutasının dövriyyəyə buraxılmasını bəyan edib.

“¥Coins” valyutasının dövriyyə buraxılması sayəsində “Infobip” iştirak etdiyi Yaponiya bazarında bu növ xidmət təklif edən ilk beynəlxalq ödəniş provayderi olub.

Mobil və ya onlayn istifadəçilər virtual valyutanı birbaşa mobil billinq vasitəsilə əldə edə bilərlər. Bu halda lazımi məbləğ müştərinin mobil hesabından çıxılır. Bu xidmətdən Yaponiyanın bütün mobil operatorlarının şəbəkəsində istifadə etmək mümkündür. Bundan başqa, hesaba pul yatırılması üçün oyun kartları da ödəniş vasitəsi kimi qəbul olunur.

Qeyd edək ki, “Infobip” “¥Coins” servisini sentyabrın 19-22-də Tiba şəhərində keçirilən “Tokyo Game Show” sərgisində təqdim edib, - "IT Expert” www.itexpert.org.ua yazır.



Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020