12px13px15px17px
Tarix:11/08/11

Ali məktəblərin boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri TQDK-nın saytında yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 10-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olunub.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə (vakant) qəbul olunan abituriyentlər avqustun 12-dən 18-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.



Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024