12px13px15px17px
Tarix:24/09/13

“Google” dünya konstitusiyalarının elektron arxivini istifadəyə verib

“Google” şirkəti dünyanın müxtəlif ölkələrinin konstitusiyalarının bir yerdə toplandığı elektron arxiv açıb. Şirkətin məlumatına görə, bu təşəbbüs dövlətlərə öz konstitusiyalarının mətnlərini tərtib etmək üçün kömək məqsədi daşıyır. Arxivi dövlətlərin əsas qanunlarında yer alan ayrı-ayrı müddəaları taparaq müqayisə edəcək axtarış alətlərinin köməyi ilə öyrənmək mümkündür.
 
Belə arxiv bu yaxınlarda siyasi böhran yaşamış və ya hərbi münaqişə ilə üzləşmiş ölkələr üçün xüsusilə əhəmiyyət kəsb edir. Belə ki, Nyu-Yorkda arxivin rəsmi açılışında iştirak edən Tunis Prezidenti Monsef Mərzuki bildirib ki, Tunisdəki siyasi qüvvələr yeni konstitusiyanın layihəsi ilə bağlı razılığa gələ bilmədiyinə görə bu cür resurs onun ölkəsi üçün çox faydalı olacaq, - "1news” www.1news.az yazır.



Baxış sayı: 1217

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024