12px13px15px17px
Tarix:24/09/13

“Xiaomi Mi-2” smartfonunun satış həcmi 10 milyonu ötüb

Bu yaxınlarda Çinin “Xiaomi” smartfon istehsalçısının çeşidində 330 dollar dəyərində “Mi3” qabaqcıl modeli elan edilib. Yenilik oktyabrın ayının ortalarında bazara çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Xiaomi” şirkətinin rəsmi Twitter bloqunda dərc edilmiş məlumatlara əsasən, Çin şirkəti 11 ay ərzində 10 milyon “Mi-2” modeli satmağa müvəffəq olub.

Bu il şirkət 20 milyon smartfon satmağa ümid edir: artıq 2013-cü ilin birinci yarısında 7,03 milyon smartfon satıb.

Emil Hüseynov
 



Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024