12px13px15px17px
Tarix:25/09/13

“iMac” monobloku sürətləndirilib

“Apple” şirkəti sentyabrın 24-də “iMac” monobloklar xəttini yeniləyib.
Kompüterlər daha sürətli dördnüvəli “Intel Haswell” prosessorları ilə təchiz edilib, “Wi-Fi 802.11ac” standartı və “PCI-Express” fləş yığıcıları ilə işləmək imkanı əldə ediblər.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 21,5 düymlük “iMac” monobloku  daxili “Iris Pro” qrafikası ilə tədarük edilir. 27 düymlük monoblok “Nvidia GeForce 700” seriyasına məxsus videokartla təchiz edilib.

“iMac” monoblokunun dizaynında heç bir dəyişiklik edilməyib. Ekranların təsvir ölçüsü əvvəlki kimi saxlanılıb.
Yeni kompüterlərin qiymətləri əvvəlki kimi saxlanılıb: ABŞ-da 21,5 düymlük “iMac” kompüterinin qiyməti 1299, 27 düymlük kompüterin qiyməti isə 1799 dollardan başlanır.

Xatırladaq ki, “Apple” şirkəti “iMac” xəttini 1998-ci ildən inkişaf etdirir.

Emil Hüseynov



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024