12px13px15px17px
Tarix:25/09/13

“İnformasiya cəmiyyətinin inkişafı problemləri” mövzusunda IV beynəlxalq forum keçiriləcək

2013-cü il 26-29 noyabr tarixlərində “İnformasiya cəmiyyətinin inkişafı problemləri” mövzusunda IV beynəlxalq forum keçiriləcək. Kiyev şəhərində baş tutacaq forum çərçivəsində bir sıra konfransların təşkili də nəzərdə tutulur. Bu barədə məlumat verən Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfranslar  “INFORMATIO-2013. Elektron informasiya resusrları: yaradılması, istifadəsi və daxil olma” (28-29 noyabr 2013-cü il); “XVI beynəlxalq elmi-praktiki konfrans “İnformasiya cəmiyyətinin qurulması: resurs və texnologiyalar” (26-27 noyabr 2013-cü il); “XI beynəlxalq elmi-texniki konfrans “Elektron resurslar: formalaşması, saxlanılması, emalı, yayılması, istifadənin müdafiəsi problemləri – 2013” (26-27 noyabr 2013-cü il); XI beynəlxalq elmi-texniki konfrans “İnformasiya, təhlil, proqnoz – dövlət idarəetməsinin effektiv strateji vasitələri” (26-27 noyabr 2013-cü il) mövzularında keçiriləcək. Hazırda forumda iştirakçıların qeydiyyatı elektron formada aparılır. Bunun üçün “http://www.surveymonkey.com/s/informatio2013”  ünvanında qeydiyyatdan keçmək mümkündür.

Həqiqət İSABALAYEVA




Baxış sayı: 2009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024