12px13px15px17px
Tarix:26/09/13

Alimlər karbon nanoborucuqlardan ilk iş kompüteri yaradıblar

ABŞ fizikləri ilk dəfə bütün iş komponentləri yalnız karbon nanoborucuqlardan ibarət kompüter prototipi yaratmağa nail olublar. Alimlərin fikrincə, bu, prinsip etibarilə mikroelektronikanın hazırlanması üçün onlardan istifadə imkanını göstərir. Kompüter “MIPS” kompüter arxitekturasının 20 əsas təlimatını yerinə yetirməyə qadir 178 tranzistordan ibarətdir. 

Stenford Universitetinin alimi Subhasiş Mitra və onun həmkarları xüsusi texnologiya hazırlayaraq karbon nanoborucuqlar bazasında yeni növ kompüter ərsəyə gətiriblər. Texnologiya tranzistorları və nanoborucuqlardan ötürülən elementləri silisium elektronikada olduğu kimi asanlıqla “çap etməyə” imkan verir.

Mütəxəssislərin bildirdiyinə görə, “karbon” mikroelektronikanın başlıca problemi ondan ibarətdir ki, əksər nanoborucuqlar onların ötürücü xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişən və iri inteqral sxemlərin fabrik istehsalını qeyri-mümkün edən qüsurlara malikdir. Müəlliflər “düzgün olmayan” nanoborucuqları necə məhv etməyi öyrənərək bu problemi aradan qaldırmağa müvəffəq olublar, - "Onliner www.onliner.by” yazır.



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024