12px13px15px17px
Tarix:26/09/13

2013-cü ildə 60 milyon planşetofon istehsal ediləcək

Böyük ölçülərinə görə "planşetofon"lar tənqid edilməsinə baxmayaraq, bu qurğuların satış həcmi heç də pis deyil. Lakin hazırda smartfon bazarında planşetofonların payı azdır və onların populyarlaşması üçün ilk əvvəl bir neçə problemi həll etmək lazımdır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  “Canalys” şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ilin yekununa görə 993 milyon smartfon çıxarılacaq ki, onların da 60 milyonunda ekranın ölçüsü 5,1-6 düym təşkil edəcək.

"Biz böyük ekranlı telefonlara tələbat olduğunu görürük, lakin bazarda əlçatan telefonların 90%-dən çoxunda ekranın diaqonalı 5 düymdən aşağıdır" – analitik Reyçel Leşford deyib.

Leşford, həmçinin vurğulayıb ki, “Samsung” şirkəti planşetofon seqmentində öncüllərdəndir və hazırda güclü reklam nəticəsində liderdir.

Emil Hüseynov
 



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024