12px13px15px17px
Tarix:27/09/13

“Google” 15 yaşını qeyd edir

Dünyanın ən böyük axtarış sisteminin əsas səhifəsində “Google” şirkətinin yaranmasının 15 illiyi şərəfinə bayram loqosu yerləşdirilib.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bu dəfə dizayner və proqramçılar yalnız şəkil deyil, kiçik oyun yaradıblar. İstifadəçilərə sapdan asılmış və yellənən ulduzu çubuqla vurmaq təklif edilir. 10 cəhdə maksimum konfet toplamaq lazımdır. Bundan sonra istifadəçilər öz nəticələrini sosial şəbəkədə paylaşa bilərlər.

Qeyd edək ki, 27 sentyabr “Google”un yaranma günü deyil. Belə ki, şirkətin əsası 1998-ci il sentyabrın 2-də qoyulub, “google.com” domeni isə 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçirilib. Bununla belə, şirkət bəzən ad gününü sentyabrın 7 və ya 27-də qeyd edir.

Emil Hüseynov



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024