12px13px15px17px
Tarix:27/09/13

İnformasiya Texnologiyaları İnstitutu müəllimlər üçün elektron lövhələrlə işləmək üzrə treninqlər keçirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) müəllimləri üçün “İnteraktiv elektron lövhənin tədris prosesində tətbiqi imkanları” adlı xüsusi kurslar təşkil edilib.

İnformasiya Texnologiyaları İnstitutundan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kollecin 20-yə yaxın müəllimi kurslarda iştirak etmiş və imtahan verərək sertifikat alıb.

Gələcəkdə ADPK-nın bütün müəllimləri və rəhbər işçilərinin də bu kurslarda iştirakı nəzərdə tutulub.
Elektron lövhə, hətta proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Müəllimlər elektron lövhə üzərində hazırladıqları materiallar və qeydləri fayl şəklində yadda saxlayaraq ondan dəfələrlə istifadə edə bilirlər. Bu da müəllimin dərsə hazırlaşmaq üçün sərf etdiyi vaxta qənaət etməyə imkan verir. Eyni zamanda təqdimatlar və metodiki materiallar əsasında tədris resursları bazası yaratmaq mümkündür.

İnteraktiv lövhə müəllimə bir çox illüstrativ vasitələrdən (İnternetdən əldə edilmiş şəkil, xəritə, video və s.) istifadə imkanı verir. Bu da tələbələrin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv elektron lövhə həm müəllimlər, həm də tələbələrin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır.

Aynur Vəliyeva
 



Baxış sayı: 1325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024