12px13px15px17px
Tarix:27/09/13

“Bakcell” şirkətinin bazar payı artmaqda davam edir

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin bazar payı bu il də artmaqda davam edib.
Şirkətin baş direktoru Riçard Şirerin verdiyi məlumata əsasən, ötən il "Bakcell"in bazar payında 36% artım müşahidə olunub.

"Bu il ötən il olduğu kimi, bazar payında və abunələrin payında artım müşahidə olunub, lakin il bitmədiyi və biz nəticələri yekunlaşdırmadığımız üçün dəqiq rəqəmləri hazırda deyə bilmərik. Abunələrin sayında artım olub və hazırda onların sayı 2,6 milyondan çox təşkil edir",- deyə o bildirib.

R. Şirerin sözlərinə əsasən, şirkət digər operatorlar  tərəfindən Mobil Nömrələrin Daşınması sisteminin istifadəyə verilməsini səbirsizliklə gözləyir.

"Biz əminik ki, bu sistemin tətbiqi bizim fərdi və korporativ abunələrimizin sayının artmasına səbəb olacaq. Biz Mobil Nömrələrin Daşınması  tətbiqini gözləyirik ki, tarif siyasətimizdə daha konkret addımlar ataq, çünki bizim çox ciddi planlarımız var", - deyə o qeyd edib.
 
 



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024