12px13px15px17px
Tarix:28/09/13

“Samsung” şirkəti “Galaxy Trend 3” smartfonunu təqdim edib

"Samsung" şirkəti "Galaxy Trend 3" smartfonunu təqdim edib. O, iki SİM kartı dəstəkləyən ucuz aparatdır. Sözügedən aparat 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekranla təchiz edilib və "Android 4.2"  (Jelly Bean) əməliyyat sistemi ilə işləyir.

Bundan başqa, "Galaxy Trend 3", həmçinin ikinüvəli 1,2 QHs takt tezlikli prosessor, 1800 milliamper/saat tutumlu akkumulyator və "microSD" yaddaş kartı ilə təchiz olunub.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, cihaz Çində təqdim edilib. Onun digər inkişaf edən ölkələrin bazarına çıxarılacağı haqda məlumat verilməyib. Həmçinin qiyməti açıqlanmayıb.

Emil Hüseynov



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024