12px13px15px17px
Tarix:28/09/13

AMEA Mərkəzi Akademik Kitabxanası ilə Rusiya Prezident Kitabxanasının müasir texnologiyalar əsasında əlaqə imkanları müzakirə edilib

 B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının (RPK)  internet saytında "Rusiya – Azərbaycan: ümumi tarixin səhifələri" adlı bölmə təşkil olunub. Bu barədə Bakıda səfərdə olan RPK-nın baş direktoru, hüquq elmləri doktoru, professor Aleksandr Verşin AMEA-da keçirilən görüşdə məlumat verib.

AMEA Mərkəzi Akademik Kitabxanası (MAK) ilə RPK arasında gələcəkdə müasir texnologiyalar əsasında sistemli əlaqə imkanları qurmaq, təcrübə mübadiləsi aparmağın vacibliyindən danışan A.Verşinin sözlərinə görə, RPK-da mövcud olan ən müasir elektron sistemlərin Mərkəzi Elmi Kitabxanada da tətbiq olunması nəzərdə tutulur.
 
Akademiyadan verilən məlumata görə,  AMEA prezidenti, akademik Akif Əlizadə aparılan struktur islahatları, ölkə rəhbərliyinin xüsusi qayğısı ilə gücləndirilən maddi-texniki baza barədə qonaqlara ətraflı məlumat verib.
 
Prezident İlham Əliyevin qayğısı və birbaşa göstərişi ilə həyata keçirilən tədbirlər çərçivəsində AMEA Mərkəzi Akademik Kitabxanasının (MAK) yeni binasının inşa edildiyini vurğulayan A.Əlizadə bildirib ki, kitabxananın elmi və maddi-texniki bazasının daha da gücləndirilməsi tikinti işləri başa çatdıqdan sonra da davam etdiriləcək. Akademik akademiyanın bir neçə əməkdaşının RPK-da təcrübə keçmək məqsədilə Sankt-Peterburqa ezam olunmasını da zəruri sayıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024