12px13px15px17px
Tarix:28/09/13

Azərbaycan Beynəlxalq Bankı elektron kompas ilə təchiz edilmiş islam kartını təqdim edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) Avropa bankları arasında ilk dəfə islam bankçılığı tələblərinə cavab verən "Qiblə" kartını təqdim edib.

Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 40 manat dəyərində kart yaxın vaxtlarda dövriyyəyə buraxılacaq.

Bu debet kart "MasterCard Platinum"la birgə buraxılıb və qeyri-adi dizaynla seçilir, belə ki, kartda Məkkənin istiqamətini göstərən elektron kompas mövcuddur. Kart vasitəsilə hesabdan vəsaitləri nağdlaşdırmaq, o cümlədən müxtəlif məhsul və xidmətlərə görə ödəniş edə bilərlər.

"Qiblə" kartı debet kart kimi buraxılacaq, lakin həm də bank tərəfindən verilən borc limiti kimi də istifadə oluna bilər. Limitin müddətinin uzadılması borc ödənişi müddətinin sonunda kart sahibi ilə müzakirə olunur. Kart sahibi tərəfindən qaytarılan borc kartın balansına oturur və bununla da borc limiti bərpa olunur.

Aynur Vəliyeva



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024