12px13px15px17px
Tarix:28/09/13

Azərbaycan Mədəniyyət Mərkəzinin veb-saytı hazırlanıb

Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin veb-saytı (www.azculture.uz) yaradılıb və internet məkanında yerləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan, onun zəngin mədəniyyəti, turizmi haqqında ətraflı məlumatlara, habelə şəkillərə, videoçarxlara veb-saytda geniş yer verilib.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin saytında ulu öndərin həyat və fəaliyyəti geniş əks olunub və bu barədə xüsusi link verilib
.
Mərkəz haqqında məlumatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı və mərkəzin strukturu 1-ci bölmədə öz əksini tapıb. Mədəniyyət Mərkəzi tərəfindən keçirilən və keçirilməsi planlaşdırılan tədbirlər, müsabiqələr və layihələr saytda ayrı-ayrı linklərdə verilib. Mərkəzin kitabxanası və muzeyləri bölməsində burada saxlanılan kitablar, maraqlı eksponatlara dair şəkil və məlumatlar öz əksini tapıb.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların hər biri haqqında saytda xüsusi linklər vardır və mərkəzdəki bu kurslara müraciət etmək istəyən hər bir şəxs öncədən bu barədə məlumat əldə edə bilər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas məqsədi iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı, Azərbaycan və özbək xalqlarının dostluğu və müştərək mədəniyyətimizin təbliği olduğunu nəzərə alaraq, saytda Azərbaycan-Özbəkistan arasında əməkdaşlıq əlaqələri, habelə ədəbi-mədəni əlaqələr geniş işıqlandırılıb.

Azərbaycanın turizm resurslarını, maraqlı məkanları təbliğ etmək üçün saytda xüsusi “Azərbaycanda turizm”  bölməsi yaradılıb.

Təşkil olunmuş “Əlaqə” bölməsi vasitəsilə istənilən şəxs elektron məktubla Mədəniyyət Mərkəzinə müraciət edə bilər.

Cari il, 14 oktyabr tarixində mərkəzin “azculture.uz” saytının təqdimat mərasimi keçiriləcək.

CAHANGİR



Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024