12px13px15px17px
Tarix:30/09/13

SDU-nun kafedra və şöbələrində yeni kompüterlər quraşdırılıb


Sumqayıt Dövlət Universiteti yeni tədris ilinə təmir olunmuş auditoriyalar və daha da möhkəmləndilmiş maddi-texniki baza ilə başlayıb.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, hər iki tədris korpusunda 46 auditoriya təmir olunub, universitet binasının həyətyanı hissəsində abadlıq işləri aparılıb. Eyni zamanda kafedra və şöbələr yeni kompüter və proyektorlarla təmin olunub, otaqlarda işıqlandırma sistemləri və mebellər yenilənib. Auditoriyalar yeni parta və yazı lövhələri ilə təchiz edilib.

Universitetin kitabxanası da əsaslı şəkildə təmir edilib və zənginləşdirilib.
Eləcə də tədris laboratoriyaları müasir avadanlıqlarla təmin edilib.

CAHANGİR



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024