12px13px15px17px
Tarix:30/09/13

DSK məsləhətçi-operatorları üçün praktik treninqlərə start verildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında Azərbaycan Prezidentinin seçkilərinə hazırlıq məqsədilə Dairə Seçki Komissiyalarının (DSK) məsləhətçi-operatorları üçün praktik treninqlərə başlanıb.
 
 
Üç gün davam edəcək treninqin məqsədi operatorlara seçki günü məlumatları MSK-ya ötürmək üçün istifadə edəcəkləri "SEÇKİLƏR" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktik bilgi vermək, əyani formada istifadə qaydalarını öyrətmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdir.
 
 
Tədbiri MSK Katibliyinin müdiri Rövzət Qasımov açaraq bildirib ki, MSK seçkilərin şəffaflığı və informasiyaların sürətlə, tez bir zamanda cəmiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə hesablama prosesini 5-6 saat sonra qəbul etməyə başlamışdıq: "Bu dəfə həmin məlumatların daha tez ictimaiyyətə çatdırılmasına çalışacağıq. Əlbəttə, bunu tez bir zamanda etmək çətindir. Bunu etməkdə məqsədimiz şəffaflığı tam təmin etməkdir. Məlumatlar maksimum ictimailəşdirilməlidir. Fəaliyyətimiz bundan ibarətdir. DSK-dakı operatorların fəaliyyəti çox vacibdir".
 
 
Tədbirdə qeyd olunub ki, bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkilib və MSK ilə lokal şəbəkədə birləşdirilib. Yeni yaradılmış lokal şəbəkənin geniş imkanlarından istifadə edərək məlumatların daha operativ, intensiv və təhlükəsiz məlumat mübadiləsi, toplanması, saxlanılması və ictimailəşdirilməsi üçün "SEÇKİLƏR" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılıb.
 
 
Operatorlar seminar zamanı adı qeyd edilən treninqdə praktik iş təcrübəsi qazanacaqlar ki, bu da seçki günü ondan daha rahat istifadəni təmin edəcək.

Kamal Hacıyev



Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024